"Yuventus"un və Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo kuryoz hadisə ilə üzləşib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı hücumçunun barmağını arı sancıb. Bu barədə yığmanın baş məşqçisi Fernandu Santuş məlumat verib. O, bildirib ki, forvardın müalicəsi davam edir.
Futbolçu bu zədə səbəbindən dünən baş tutan Portuqaliya - Xorvatiya matçında oynaya bilməyib. Futbolçunun sentyabrın 8-də İsveçlə qarşılaşmada meydana çıxıb-çıxmayacağı da sual altındadı.
Fanat.Az