"Barselona”dan ayrılacağı gözlənilən, ancaq yekunda komandada qalacağını açıqlayan Lionel Messi nəhayət, Kataloniya təmsilçisinin düşərgəsinə dönüb.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu bu gün klubun bazasına yollanıb.
Evində koronavirus testindən keçən superulduz məşqə gələn ilk oyunçu olub. Onun bazaya məşqdən 1 saat tez gəldiyi vurğulanıb.
Fanat.Az