"Çelsi"nin hücumçusu Kallum Hadson-Odoi komandadan ayrılmaq istəyir.
Fanat.Az "talkSPORT"a istinadən xəbər verir ki, 19 yaşlı forvard oyun praktikasının azlığından narazıdı.
Onu heyətində görmək istəyən klublardan biri isə "Bavariya"dı.
"Zadəganlar"ın öz yetirməsi olan Hadson-Odoi 2019-cu ildən əsas komandaya düşür. Ötən mövsüm bütün turnirlər daxil olmaqla, London komandasında 35 oyuna çıxan hücumçu 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümdə isə "Brayton"a qarşı (3:1) 10 dəqiqə top qovan ön xətt oyunçusu "Barnsli" ilə qarşılaşmada (6:0) 90 dəqiqə meydanda olsa da, qol və məhsuldar ötürmə ilə fərqlənə bilməyib.
Fanat.Az