"Liverpul"un seneqallı hücumçusu Sadio Mane koronavirusa yoluxandan sonra ilk açıqlamasını verib.
Fanat.Az-ın məlumatına görə, afrikalı ulduz "Instagram"da belə yazıb: "Hamıya salam! Koronavirus testimin nəticəsi müsbət çıxsa da, özümü yaxşı hiss edirəm. Ciddi simptomlardan əziyyət çəkmirəm. Hazırda karantindəyəm və müalicəmi davam etdirirəm. Özünüzü və yaxınlarınızı qorumaq üçün qaydalara əməl edin. Koronavirusun ikinci dalğasının yayılmaması üçün əlimizdən gələni əsirgəməməliyik. Yaşıl meydanlara əvvəlkindən də güclü qayıdacam. Çətinliyin öhdəsindən birlikdə gələcəyik!
Xatırladaq ki, "Liverpul"un digər oyunçusu - Tyaqo Alkantara da koronavirusa yoluxub.
Fanat.Az