Türkiyə Super Liqasında IV turun oyunları keçirilir.
Fanat.Az xəbər erir ki, "Fənərbağça” ötən gün "Fatih Karagümrük”ü qəbul edib və 2:1 hesablı qələbə qazanıb.
Meydan sahiblərinin heyətində Mbvana Samatta dubl edib. "Fatih Karagümrük”ün qoluna isə penaltidən Erik Sabo imza atıb. Slovak futbolçu 87-ci dəqiqədə daha bir penaltidən yararlana bilməyib.
Bununla da "Fənərbağça” ən azı bir günlük liderliyə yüksəlib.