İngiltərə Premyer Liqasında IV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Tottenhem" bu gün "Mançester Yunayted"in qonağı olub. Oyun qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Tottenhem"in heyətində Heunq-Min Son və Harri Keyn dubl edib, Tanguy Ndombele və Serj Auryer hərəyə bir qol vurub. "Mançester Yunayted"in qoluna isə Bruno Fernandeş imza atıb.
Qeyd edək ki, hazırda "Tottenhem"ə başçılıq edən Jose Mourinyo 2016-2018-ci illərdə "Mançester Yunayted"i çalışdırıb.