UEFA Millətlər Liqasının IV turunda Azərbaycan yığması ilə qarşılaşacaq Kipr millisinə yeni futbolçu cəlb olunub.
Fanat.Az xəbər verir ki, bu barədə Kipr Futbol Assosiasiyasının rəsmi saytı məıumat yayıb.
Xəbərə görə, hazırda ölkəsinin AEK (Larnaka) klubunda çıxış edən Tomas İoannu komandaya qoşulub.
25 yaşlı müdafiəçi yığmaya gəlməkdən imtina edən İngiltərənin "Nottingem Forest" klubunun futbolçusu Nikolas İoannunu əvəzləyib.
Qeyd edək ki, Kipr yığması oktyabrın 7-də Çexiyanı qəbul edəcək. Komanda bundan 3 gün sonra Lüksemburqun qonağı olacaq. Kiprlilər oktyabrın 13-də isə Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş saat 20:00-da start götürəcək.
Fanat.Az