"Liverpul" transfer pəncərəsi bağlanana qədər yeni qapıçı transfer edə bilər.
Fanat.Az xəbər verir ki, "The Independent" "qırmızılar"ın "Tottenhem"in qolkiperi Paulo Qassaniqaya elçi düşdüyünü bildirib.
Mənbə Hotspur təmsilçisinin üçüncü qapıçısı sayılan 28 yaşlı argentinalının "Liverpul"a keçmək ehtimalının yüksək olduğunu açıqlayıb.
İngiltərə Premyer Liqasının 4-cü turunda "Aston Villa"ya 2:7 hesabıyla uduzan "Liverpul"un qapıçısı Adrian həmin matçda çox zəif təsir bağışlayıb. Bu faktı vurğulayan "The Independent" bş məşqçi Yürgen Kloppun ona güvənmədiyini və yeni "çərçivə" qoruyucusu axtarışına başladığını qabardıb.
Fanat.Az