"Sevilya" "AZ Alkmaar"ın 24 yaşlı vingeri Ussama İdrissini transfer edib.
Fanat.Az xəbər verir ki, Mərakeş yığmasının üzvü 5 illik müqaviləyə imza atıb. Futbolçunun keçidinə görə Primyera təmsilçisi Niderland klubuna 12 milyon avro ödəyib.
İdrissi 2018-ci ilin yayından "AZ Alkmaar"da top qovurdu. Ötən mövsüm bütün turnirlər daxil olmaqla, 42 matça çıxan vinger bu görüşlərdə 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Fanat.Az