"Fiorentina" ispaniyalı cinah yarımmüdafiəçisi Xose Kalyexonla müqavilə bağladığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Napoli"dən ayrılan 33 yaşlı futbolçu Florensiya klubu ilə azad agent qismində anlaşıb. Müqavilənin müddəti və detalları haqda klubun rəsmi saytında hər hansı informasiya yoxdu.
Kalyexon son 7 ildə digər İtaliya təmsilçisində - "Napoli"də çıxış edib. O, Neapol klubuna 2013-cü ildə Madrid "Real"ından transfer olunmuşdu. Həmin vaxt "Napoli" ispan futbolçunun transferinə 9,5 milyon avro xərcləmişdi.
Fanat.Az