Ukrayna millisi Kiev "Dinamo"sunun sabiq qapıçısı Aleksandr Şovkovskinin adını Fransa ilə keçirəcəyi yoldaşlıq görüşünün iştirak ərizəsinə salıb.
Fanat.Az xəbər verir ki, Ukrayna Futbol Assosiasiyası onun meydana çıxa biləcəyini də açıqlayıb.
Baş məşqçi Andrey Şevçenko bu addımı məcburiyyətdən atıb. Belə ki, hazırda Şevanın sərəncamında Georgi Buşandan başqa qapıçı yoxdu. Andrey Lunin və Yuri Pankiv koronvirusa yoluxduğundan baş məşqçi karyerasını 2016-cı ildə bitirən, millinin məşqçilər heyətində yer alan 45 yaşlı Şovkovskinin xidmətinə bel bağlayıb.
Fanat.Az