2019-cu ilin yayında Kazan "Rubin"indən ayrılan və işsiz qalan Kurban Berdıyev Moskva "Dinamo"sunu çalışdırmağa ən real namizəddi.
Fanat.Az xəbər verir ki, informasiyanı "Çempionat" yayıb.
Mənbə sentyabrın 29-da istefa verən Kiril Novikovun boş qalan postunu Berdıyevin tutmaq ehtimalının daha yüksək olduğunu vurğulayıb.
Rəhbərliyin həm türkmən mütəxəssislə, həm də "Maynts"dan ötən ilin noyabrında qovulan Sandro Şvartsla danışıq apardığı bildirilib.
Fanat.Az