"Çelsi"nin qapıçısı Eduard Mendi Seneqal millisinin düşərgəsində zədələnib.
Fanat.Az xəbər verir ki, bunu jurnalist Mansur Lum "Twitter" hesabında yazıb.
28 yaşlı qolkiper artıq Londona qayıdıb. Lakin futbolçunun aldığı xəsarət və bərpa müddəti haqda "zadəganlar" ictimaiyyətə məlumat verməyib.
Mendi "Çelsi"yə ötən ayın 24-də Fransanın "Renn" klubundan transfer olunub. 24 milyon avroya alınan "çərçivə" qoruyucusu artıq göy formada 3 oyun keçirməyə də imkan tapıb.
Fanat.Az