"Neftçi”nin maraq dairəsində olan Bolqarıstan millisinin yarımmüdafiəçisi Martin Raynovun karyerasını davam etdirəcəyi klub müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçunun ölkəsinin mətbuatı məlumat yayıb.
"Blitz.bg" saytının yaydığı xəbərə görə, 28 yaşlı oyunçu elə çıxış etdiyi "Levski" klubunda qalacaq.
Sofiya təmsilçisi ilə müqaviləsi başa çatan Raynovla müqavilə yenilənib. O, mövsümün sonuna kimi Bolqarıstan klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, Bolqarıstan mətbuatı daha əvvəl Martin Raynovun "Neftçi" və İsrailin "Hapoel" (Ramat-Qan) klubundan təklif aldığını yazmışdı. İddiaya görə, tərəflər sözləşmə şərtlərində razılığa gələ bilməmişdilər.
Fanat.Az