"Milan"ın gənc qapıçısı Canluici Donarumma PSJ ilə müqavilə bağlaya bilər.
Fanat.Az "Don Balon"a istinadən xəbər verir ki, illik 7-8 milyon avro əməkhaqqı istəyən 21 yaşlı qolkiper yetirməsi olduğu klubla müqavilə yeniləməyə tələsmir. "Çərçivə" qoruyucusu azad agentə çevrilmək üçün mövsümün sonunu gözləyir.
Futbolçunun agenti Mino Rayola müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq Donarummaya istədiyi əməkhaqqını verməyə hazır olan Paris təmsilçisi ilə danışıq aparır.
Fanat.Az