"Real"ın müdafiəçisi Serxio Ramos mövsümün sonunda iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Chiringuito TV" yayıb.
Mənbə "Yuventus" və PSJ-nin təcrübəli ispan futbolçunu Madrid klubundan "qoparmağ"a çalışacaqlarını vurğulayıb.
Müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq kapitan "Real"da illik 11.7 milyon avro əməkhaqqı alır. Daha öncə yeni anlaşma naminə maaşının azaldılmasına razı olduğunu söyləyən Ramosla danışıqlar davam etdirilsə də, indilik ortada ciddi nəticə yoxdu.
Ramos paytaxt klubuna 2005-ci ildə "Sevilya"dan transfer olunub. Bu müddətdə 5 dəfə İspaniya çempionu olan arxa xətt oyunçusu 4 dəfə Çempionlar Liqası kubokunu başı üzərinə qaldırıb.
Fanat.Az