ABŞ-ın "Finiks Rayzinq" klubunda baş məşqçisi Bler Qevin "arizonasports.com" saytına açıqlama verib.
Fanat.Az xəbər verir ki, millimizin futbolçusu Rüfət Dadaşovun 31 yaşlı çalışdırıcısı oktyabrın 17-də Milli Futbol Liqasının (USL) pley-off mərhələsində "Rino 1868" klubu ilə keçirəcəkləri oyun barədə danışarkən Dadaşovun çıxışına da toxunub.
O, 29 yaşlı hücumçunun oyunundan məmnun olduğunu bildirib: "Həftə ərzində qurmağa çalışdığımız strategiyanın böyük hissəsi yenidən sürətlə başlayır. Meydanda oyunu öz diktəmiz altında rəqibə qəbul etdirməyə çalışacağıq. Cinah oyunçularımızın və yarımmüdafiəçilərimizin irəlidə ötürmə edə biləcəkləri yaxşı hücumçuya sahibik. Topu qəbul etmək, onu özümüzdə saxlamaq bizim üçün önəmlidir. Bu mənada, şübhəsiz ki, Rüfət hazırkı sistemin vacib hissəsidir".
Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm USL-da 11 qol vurub.
Fanat.Az