"Çelsi" daha bir ulduz futbolçunu tranfer edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttomercatoweb" yayıb.
Mənbə "zadəganlar"ın "Yuventus"un hücumçusu Paulo Dibala uğrunda hərəkətə keçdiyini açıqlayıb.
2015-ci ildən Argentina yığmasına da müntəzəm dəvət alan Dibala Turin klubu ilə yeni 5 illik müqavilə ilə bağlı danışıqlar aparsa da, bu yay transferlərə böyük pullar xərcləyən London klubu cənubi amerikalını almaqda qərarlıdı.
Fanat.Az