"Real"ın qapıçısı Tibo Kurtua uelsli ulduz Qaret Beylin "Tottenhem"ə icarəyə verilməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Cadena Ser" Belçika millisinin qolkiperinin dediklərini belə çatdırıb:
"Beylin baş məşqçi ilə nə danışdığını müzakirə etmək mənim işim deyil. Hərə öz qərarını şəxsən verir. Qaretlə münasibətlərim əladı. O, yüksək səviyyəli futbolçudu. Düzdü, London klublarının yaxşısında oynamır. Ancaq ona böyük uğurlar arzulayıram".
Fanat.Az