UEFA-nın prezidenti Aleksander Çeferin AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlərin azaldılacağı haqda yayılan informasiyalara reaksiya verib.
Fanat.Az xəbər verir ki, sloveniyalı başqan "Movistar+”ə açıqlamasında 2021-ci ilin yayına planlaşdırılan qitə çempionatında format dəyişikliyinin mümkün olduğunu deyib.
O bildirib ki, yarış hətta bir ölkədə də keçirilə bilər: "Vəziyyəti daim izləyirik. Nəzəri olaraq AÇ-2020-ni 12, 11, 10, 3 və ya yalnız bir ölkədə də təşkil edilə bilər. Çempionatın yenidən təxirə salınma ehtimalı isə yoxdu".
Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidi. Britaniya mətbuatı isə ev sahibliyinin Bakı, Sankt-Peterburq və Bilbaodan alınmaq ehtimalının olduğunu yazıb.
Fanat.Az