"Real"ın yarımmüdafiəçisi Martin Edeqor sağ ayağından ciddi xəsarət alıb.
Fanat.Az xəbər verir ki, "Marca" (Marka) oyunçunun 1 aya yaxın yaşıl meydanlardn kənarda qalacağını açıqlayıb.
Bu isə o deməkdi ki, norveçli futbolçu milli komandaların noyabrdakı oyunlarıyla bağlı yaranacaq fasilədən sonra sıraya dönəcək. Dəqiqləşdirsək, skandinaviyalı "Alaves"lə noyabrın 29-da baş tutacaq görüşə qədər komandasına kömək edə bilməyəcək.
Fanat.Az