Premyer Liqaya ardıcıl 4 qələbə ilə başlayan "Aston Villa” son 90 ilin rekorduna imza atıb.
Fanat.Az xəbər verir ki, Birmingem təmsilçisinin ölkə çempionatına 4 qələbə ilə başlamasına sonuncu dəfə 1930/31 mövsümündə təsadüf olunub.
Həmin vaxt birmingemlilər "Mançester Yunayted”i 4:3, "Şeffild Uensdey”i 2:0, "Vest Hem”i 6:1, "Qrimsbi”ni 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 5-ci turda "Lester”ə bir qolla qalib gələn komanda bunadək "Şeffild Yunayted”i 1:0, "Fulhem”i 3:0, "Liverpul”u 7:2 hesabı ilə udub.