PSJ-nin və Braziliya millisinin hücumçusu Neymar indiki klubunda qalmaqda qərarlıdı.
Fanat.Az xəbər verir ki, informasiyanı "Le Parisien" yayıb.
Mənbə ulduz oyunçunun müqaviləsinin müddətini uzatmaq istədiyini, ancaq Paris təmsilçisinin danışıqlara başlamağa tələsmədiyini açıqlayıb.
Neymar PSJ-yə 2017-ci ildə "Barselona"dan keçib. Keçid Fransa klubuna 222 milyon avroya başa gəlib.
Fanat.Az