"Barselona"nın müdafiəçisi Jerar Pike maaşının azaldılmasına razılıq verib.
Fanat.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Mənbə ispanın maaşının kəsilməsinə razı olan 4-cü oyunçu olduğunu açıqlayıb.
Daha öncə Mark-Andre ter Ştegen, Frenk de Yonq və Kleman Lanqlenin də əməkhaqqının azaldılmasına razılaşdığı bildirilmişdi.
Fanat.Az