"Liverpul"un kapitanı Cordan Henderson komandanın zədə üzündən kənarda qalan müdafiəçisi Vircil van Deykdən danışıb.
Fanat.Az xəbər verir ki, o, klubun saytına belə açıqlama verib:
"Vircilin zədələnməsi bizim üçün böyük zərbə oldu. Amma əminəm ki, sıralarımıza dönəndə daha güclü olacaq. İndi toparlanmalı və uğur qazanmaq naminə bacardığımızdan da artığını etməyə çalışmalıyıq. Vircilsiz qələbə qazanmağı öyrənməliyik. Ümid edirəm ki, onsuz günlərimiz uzun sürməyəcək".
Xatırladaq ki, van Deyki İngiltərə Premyer Liqasının 5-ci turunda keçirilən mersisayd derbisində (2:2) "Everton"un qapıçısı Cordan Pikford zədələyib. Niderlandlı futbolçusunun xaçvari bağları sıradan çıxıb.
Fanat.Az