"Liverpul"un yarımmüdafiəçisi Jorjinyo Veynaldum İngiltərə Premyer Liqasının 5-ci turunda komanda yoldaşı Vircil van Deykin zədələndiyi epizoddan danışıb.
Fanat.Az xəbər verir ki, mersisayd derbisində (2:2) "Everton"un qapıçısı Cordan Pikfordun van Deykə ciddi xəsarət yetirməsinə belə şərh verib:
"Üzgünük. Vircilin zədələndiyi epizod bizə çox pis təsir edib. Günlər ötsə də, indi də yadımızdan çıxmır. Pikfordun van Deykin üstünə o şəkildə tullanması axmaqlıqdan başqa bir şey deyildi. İnanıram ki, qəsdən onu zədələmək istəmirdi. Ancaq özünə rəva gördüyü hərəkətdən belə başa düşmək olardı ki, heç nə vecinə deyildi".
Fanat.Az