London "Arsenal"ının sabiq çalışdırıcısı Arsen Venger "Mançester Yunayted"dən təklif aldığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "FourFourTwo" fransız çalışdırıcının söylədiklərini belə çatdırıb:
"Mançester Yunayted"dən təklif almışdım. Amma bunun nə vaxt olduğunu deməyəcəm. Həmin vaxt "Arsenal"daydım. Təbii ki, təklifi geri çevirdim. Bizim "Arsenal"la sevgi tariximiz var. Həyatım ağ və qırmızı rənglərdi".
Venger "Arsenal"ı 1996-2018-ci illər aralığında çalışdırıb.
Fanat.Az