İngiltərə Premyer Liqasının V turunda "Liverpul"un müdafiəçisi Vircil van Deyki zədələyən "Everton"un qapıçısı Cordan Pikford rəqib azarkeşlərdən qorxur.
Fanat.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı qapıçı bu səbəbdən özü və ailəsi üçün cangüdən tutub. Qolkiper təhlükəsizliklərini təmin etmək üçün bu addımı atıb.
Qeyd edək ki, "Everton" - "Liverpul" görüşü 2:2 hesabı ilə başa çatıb. Matçın 11-ci dəqiqəsində Pikfordla toqquşmadan sonra zədələnən van Deyk meydanı tərk emək məcburiyyətində qalıb. Epizoddan öncə oyundan kənar vəziyyət qeydə alındığı üçün baş hakim qapıçını cəzalandırmayıb. Sonradan niderlandlı mərkəz müdafiəçisinin diz bağlarında ciddi problem yarandığı aşkarlanıb və onun uzun müddətə sıradan çıxdığı məlum olub.
Fanat.Az