"Yuventus"un və Portuqaliya millisinin üzvü koronavirus testini cəfəngiyyat adlandırıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz bununla bağlı sosial media hesabında tənqidi paylaşım edib.
Qeyd edək ki, millinin düşərgəsində koronavirusa yoluxan 35 yaşlı forvardın sonradan daha 2 analizinin nəticəsi müsbət çıxıb. Buna baxmayaraq, Ronaldu oyunçu özünü yaxşı və sağlam hiss etdiyini bildirib.