İtaliya millisinin və "Roma" klubunun sabiq hücumçusu Françesko Totti də koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, onunla yanaşı, həyat yoldaşı İlari Blazinin də testi müsbət nəticə verib.
"Corriere dello Sport"un yaydığı xəbərdə qeyd olunub ki, 44 yaşlı veteran futbolçu hazırda özünü yaxşı hiss edir.
Qeyd edək ki, bir neçə həftə əvvəl Françesko Tottinin atası Entso Totti koronavirusun yaratdığı fəsadlardan sonra dünyasını dəyişib.
Xatırladaq ki, Françesko Totti peşəkar karyerası ərzində 1992 - 2017-ci illərdə "Roma"nın formasını geyinib. O, İtaliya yığması ilə 2006-cı ildə dünya çempionatının qalibi olub.
Fanat.Az