"Mançester Yunayted"in və Şotlandiya millisinin sabiq hücumçusu Alan Brezil "qırmızı şeytanlar"ın baş məşqçi postuna "Lester"in çalışdırıcısı Brendan Rocersin gətirilməsini istəyir.
Fanat.Az "talkSPORT"a istinadən xəbər verir ki, eks-forvard Ule-Qunar Sulşerin işindən razı olmayan rəhbərliyə belə məsləhət verib: "Sulşeri qovmaq istəyirlərsə, Rocersə diqqət yetirməyin tərəfdarıyam. Mən məhz bu variantı uyğun sayıram. Top səviyyədə mütəxəssisdir. "Lester"də çox böyük işlər görüb. Düzdür, büdcə də pis deyildi. Amma bunun məsələyə böyük ölçüdə dəxli yoxdur. O, işinin öhdəsindən əla gəlib".
Fanat.Az