"Milan" və "Barselona"nın sabiq idman direktoru Aryedo Brayda Kataloniya klubunun "Atalanta"nın yarımmüdafiəçisi Aleksey Mirançuku iki il izlədiyini deyib.
Fanat.Az xəbər verir ki, "Day udarit" "Teleqram" kanalına müsahibə verən Brayda belə danışıb:
"Mirançuku yaxşı tanıyıram və onu əla oyunçu sayıram. "Barselona"da işləyəndə iki il Alekseyin oyunlarını izləmişəm. Bu futbolçunun adı təbii ki, "Lokomotiv"də oynadığı vaxtlarda "Barselona"nın transfer siyahısında idi. İtaliya liqasında oynamaq böyük sınaqdı. A Seriyasında bütün məşqçilər taktikaya xüsusi önəm verir. Ancaq bu səviyyədə oyunçunun İtaliyada da uğur qazanacağına şübhə etmirəm. Mirançukun özünü yaxşı tərəfdən göstərmək üçün xüsusi üstünlükləri var".
Fanat.Az