"Liverpul"un transfer planları bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə "The Athletic" informasiya yayıb.
Mersisaydlılar ilk növbədə Vircil van Deykın uzun müddətə sıradan çıxması ilə zəifləyən mövqeyi - müdafiənin mərkəzini gücləndirməyi hədəfləyir. İngiltərə klubu "Layptsiq"in 22 yaşlı stopperi Deotşankül Yupamekano ilə danışıq aparır.
Transfer siyahısında daha bir neçə müdafiəçinin adı var. Bunlar "Brayton"un 23 yaşlı üzvü Ben Uayt, "Şalke 04"ün 20 yaşlı türk oyunçusu Ozan Kabak və "Torino"nun 23 yaşlı braziliyalısı Bremerdir.
Fanat.Az