"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Türkiyənin "Sivasspor" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi tvitter səhifəsi məlumat yayıb.
Adları açıqlanmayan həmin iki şəxs əsas komandanın üzvləridir. Onlar evlərində təcrid olunub və onların müalicələrinə başlanılıb.
Qeyd edək ki, "Qarabağ" IV turda "Sivasspor"u qəbul etməlidir. Ağdam klubu noyabrın 26-dakı matçın Bakıda keçirilməsi üçün UEFA-ya müraciət edib.