"Layptsiq"in yarımmüdafiəçisi Konrad Laymer karyerasını İspaniya çempionatında davam etdirməyə yaxındır.
Fanat.Az "Sport Bild"ə istinadən xəbər verir ki, Madrid "Atletiko"su yaydan maraqlandığı oyunçunu transfer etmək istəyindən əl çəkməyib.
Düzdür, madridlilər komandanı tərk etmiş yarımmüdafiəçinin - Tomas Partinin əvəzinə "Valensiya"dan Joffre Kondoqbianı heyətə qatıb. Ancaq bu, baş məşqçi Dieqo Simeonenin 23 yaşlı Laymerin transferindən vaz keçməsi anlamına gəlməməlidir. Əksinə, Simeone son klubdaxili toplantıda avstriyalının "Atletiko"ya böyük fayda verə biləcəyinə əmin olduğunu deyib.
Fanat.Az