Ulduz veteran Luiş Fiqu Lionel Messinin "Barselona" rəhbərliyi ilə yaşadığı insidentdən danışıb.
Fanat.Az xəbər verir ki, bir vaxtlar "Barsa"dan "Real"a keçən Fiqu belə deyib:
"Messinin "Barselona"dan getmək cəhdini bu yay mən də böyük təəccüblə izləmişəm. Bilmirəm, səbəbi nə idi... Əsl səbəbi Messi və klubu daha yaxşı bilir. İstənilən klub belə oyunçuya sahib olmaq istəyər. Əlbəttə, əsas olan belə futbolçuyla şərtləri razılaşdırmaqdır. Yüksək əməkhaqqı, fantastik bonuslar və transfer məbləği... Hərçənd bu da var ki, bir yerdən getmək istəyirsənsə, səni heç nə saxlaya bilməz".
Fanat.Az