London "Arsenal"ı "Zalsburq"un macar yarımmüdafiəçisi Dominik Şobozlai ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, bunu "Twitter"də italiyalı jurnalist Fabrisio Romano yazıb.
O, "Real" və "Milan"ın da diqqətini çəkməyi bacaran futbolçunun "Arsenal"ın əsas transfer hədəflərindən birinə çevrildiyini vurğulayıb. Romano ingilislərin oyunçu ilə hələ razılığa gəlmədiklərini də bildirib.
"Transfermarkt" 2018-ci ilin yanvarından "Zalsburq"da olan Şobozlainin transfer dəyərini 25 milyon avro ilə dəyərləndirir. Avstriya təmsilçisi ilə olan müqaviləsinin müddəti 2022-ci ilin 30 iyun tarixində bitəcək Dominik bu mövsüm Bundesliqada 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az