Ukraynanın "Aleksandriya” klubunda "Oyundan kənar” adlı yeni layihəyə start verilib.
Fanat.Az xəbər verir ki, layihənin ilk qonağı millimizin də üzvü olan Pavel Paşayev olub.
"Hər şeydən əvvəl biz azarkeşlər üçün oynayırıq. Bir futbolçu olaraq azarkeşlərin məni xoş tanıması çox vacibdir. Uşaqlıqda futbolla yanaşı, cüdo ilə də məşğul olmuşam.
Qaldığımız ərazinin yanında idman zalı var idi. Bütün gün uşaqlarla Jan-Klod Van Dammın filmlərinə baxır, döyüş sənətlərini öyrənmək istəyirdik. Elə oldu ki, mən də getdim cüdoya yazıldım. Bu idmanda xüsusi uğurum yoxdur. Sadəcə evdə oturmamaq üçün cüdoya gedirdim və paralel olaraq da futbolla məşğul olurdum”, deyə 2017-ci ildən Ukrayna klubunda çıxış edən müdafiəçi "Oyundan kənar"a danışarkən deyib.
Qeyd edək ki, Pavel Paşayev Azərbaycan yığmasında 13 oyuna çıxıb.