"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil Millətlər Liqasında İspaniyaya 0:6 hesabı ilə uduzan Almaniya yığması ilə zarafatlaşıb.
Fanat.Az xəbər verir ki, DÇ-2018-dən sonra milli zəmində təzyiqlər üzündən yığma karyerasını başa vuran almaniyalı türk "Twitter"də belə yazıb:
"Jerom Boatenqi geri qaytarmaq zamanıdır".
Bununla o, müdafiəçilərin bərbad çıxışına toxunub və milliyətcə alman olmayan Jeroma qarşı da ayrıseçkilik edildiyini xatırladıb.
Fanat.Az