"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri "Silvasspor"da növbəti dəfə koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Buna kimi beş futbolçusunun virusa yoluxduğu açıqlayan komanda bu dəfə daha bir oyunçu və klub işçisinin koronavirus tutduğunu qeyd edib. Onların karantinə alındığı və müalicələrinə başlanıldığı bildirilib.
Qeyd edək ki, noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Fanat.Az