"Barselona"nın hücumçusu Antuan Qrizmann zəif çıxışına yönələn tənqidlər haqda danışıb.
Fanat.Az xəbər verir ki, "Atletiko"nu Kataloniya təmsilçisinə dəyişəndən bəri özünə bənzəməyən Fransa millisinin forvardı "Movistar" telekanalının efirində belə deyib:
"Tənqidləri qəbul edirəm. Çünki, hazırda əvvəlki Qrizmannı görmürük. Amma bu da var ki, hər dəfə nəsə xoşagəlməz bir şey baş verəndə dərhal məndən danışırlar. Maraqlıdır ki, klub prezidentliyinə namizədlər də tez-tez adımı hallandırır. Yarım ildə "Barselona"da üç baş məşqçi dəyişilib. Bu, olduqca çətin durumdur. Oyun sxeminə, komanda yoldaşlarıma uyğunlaşmaq üçün müəyyən zamana ehtiyac var. Elə komanda yoldaşlarım da mənə uyğunlaşmalıdır".
Fanat.Az