"Barselona" Usman Dembeleyə görə Dortmund "Borussiya"sının hesabına daha 5 milyon avro köçürüb.
Fanat.Az "Kicker"ə istinadən xəbər verir ki, bununla da Dembelenin ümumi transfer qiyməti 130 milyon avronu keçib.
Sözügedən futbolçu Ktaloniya təmsilçisinə 2017-ci ildə transfer olunub. Keçidin baza hissəsi 105 milyon təşkil etsə də, bu, bonusların hesabına 148 milyon avroya qədər arta bilərdi. Müqavilədəki xüsusi bəndə əsasən oyunçu 25, 50, 75 və 100-cü oyunları keçirəcəyi halda, "Barselona" Almaniya klubuna uyğun olaraq hər dəfə 5 milyon avro ödəməliydi.
Dembele artıq İspaniya nəhənginin formasıyla 83 görüşə çıxıb. Bu mövsüm isə hücumçu 6 qarşılaşmada iştirak etmək imkanı qazanıb və 1 qolla yadda qalıb.
Fanat.Az