"Barselona" Ezekyel Qarayı heyətə qata bilər.
Fanat.Az "El Chiringuito"ya istinadən xəbər verir ki, rəhbərlik zədəli mərkəz müdafiəçisi Jerar Pikenin yoxluğunda komandanı çətin vəziyyətə salmamaq və əlavə pul xərcləməmək üçün 34 yaşlı Qarayla anlaşmağı ən uyğun variant sayır. Baş məşqçi Ronald Kuman da eyni fikirdədir.
Qeyd edək ki, Pike İspaniya Primyerasının 10-cu turunda - "Atletiko" ilə oyunun 62-ci dəqiqəsində sağ dizinin xaçvari bağlarından xəsarət alaraq sıradan çıxıb. İyulun 1-də müqaviləsinin müddəti başa çatdığına görə "Valensiya"dan ayrılan Ezekyel isə hazırda azad agent statusu daşıyır.
Fanat.Az