İngiltərə millisinin və "Aston Villa"nın futbolçusu Cek Qriliş məhkəmə qarşısına çıxacaq.
Fanat.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 2020-ci ildə 4 dəfə yol hərəkət qaydalarını pozub.
İngiltərə qanunlarına görə, bir ildə dörd dəfə qaydaları pozan sürücü mühakimə olunmalıdır.
Qrilişin məhkəmə iclası noyabrın 24-də olacaq. Onun böyük məbləğdə cərimə ilə üzləşəcəyi gözlənilir.