Zinəddin Zidan dünən ürəktutmasından dünyasını dəyişən Dieqo Maradonadan danışıb.
Fanat.Az xəbər verir ki, "Real"ın baş məşqçisinin söylədiklərini "talkSPORT" belə çatdırıb:
"Maradona mənim həyatımda dərin iz buraxıb. O, 1986-cı ildə inanılmaz idi. Həmin vaxt başqalarından nə dərəcədə fərqləndiyinin canlı şahidiyəm. O, təkbaşına qələbə qazanan futbolçuydu. Qarşısıalınmaz desəm, fikrimi daha düzgün ifadə etmiş olaram".
Fanat.Az