Türkiyə Super Liqasında XI turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Qalatasaray" ötən gecə "Hatayspor"u qəbul edib. Ötən tur "Rizəspor" üzərində 4:0 hesablı qələbə qazanan İstanbul klubu yenə böyükhesablı qələbəyə sevinib - 3:0.
Hesabı 32-ci dəqiqədə Mbaye Diagne açıb. 64-cü dəqiqədə qonaqlardan Pablo avtoqol müəllifi olub. 80-ci dəqiqədə "Hatayspor"dan Gökhan Karadeniz qırmızı vərəqə alıb. Əlavə vaxtda isə Muhammed Aktürkoğlu oyunda 3-cü qolu vurub.
Bu qələbədən sonra xal hesabını 23-ə yüksəldən "Qalatasaray" lider "Alanyaspor"a şərik olub. Alanya təmsilçisinin ehtiyatda bir oyunu var. 20 xalı olan və 3-cü yeri tutan "Fənərbağça" "Dənizlispor"un qonağı olacaq.