"Barselona" "Atalanta"nın dayaq yarımmüdafiəçisi Marten de Ronu heyətə qatmaqda maraqlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todo Fichajes" yayıb.
Mənbə Kataloniya təmsilçisinin niderlandlı çalışdırıcısı Ronald Kumanın sözügedən futbolçunu sərəncamında görməyi istədiyini bildirib. Kuman həmyerlisinin azad agent qismində transfer edilməsinə çalışacaq. Belə ki, o, "Atalanta" ilə olan müqaviləsinin müddəti gələn ilin yayında bitəcək oyunçu ilə əlaqə saxlayıb və futbolçunu klubu ilə yeni anlaşma imzalamamağa çağırıb.
De Ron "Atalanta"ya 2015-ci ildə ölkəsinin "Herenven" klubundan keçib. Bir il sonra İtaliya təmsilçisini İngiltərənin "Midlsboro" klubuna dəyişən 29 yaşlı oyunçu 2017-ci ildə geri qayıdıb. Bu mövsüm şərəfini qoruduğu komandanın formasıyla 10 oyun keçirən Marten 1 qol vurmağa da imkan tapıb.
Fanat.Az