"Tottenhem"in hücumçusu Harri Keyn hazırda karyerasının zirvəsində olduğunu deyib.
Fanat.Az "İndependent"ə istinadən xəbər verir ki, ingilis forvard belə danışıb: "Hazırda ən yaxşı formadayam. Karyeram ərzində bundan daha yaxşı olduğumu xatırlamıram. Mövsümə əla başlamışam.
Ancaq hələ çox yol var. Artıq bir müddət zirvədə olduğumuz vaxtlar olub, amma yekunda birinci pillədə qalmaq üçün uzun və çətin bir yarışı qazanmaq lazımdır.
Son bir neçə ildə bunu bacarmadıq. Ancaq hər oyunu olduğu kimi qəbul edirik. Bir neçə həftə əvvəl "Arsenal" və ya "Mançester Siti" ilə matçlardakı kimi nəticələr bizə kömək edəcək. Davam etmək lazımdır. Qarşıda "Kristal Pelas" və "Liverpul"a qarşı çətin oyunlarımız var, yenidən qazanmağa çalışmalıyıq. Rəqibimizin kimliyindən asılıq olmayaraq, hər oyunda təzyiq hiss edirik. Premyer Liqada bütün qarşılaşmalar çətindir".
Qeyd edək ki, "Tottenhem" hazırda İngiltərə Premyer Liqasında hazırda liderdir. Keyn isə bu mövsüm 11 matçda 8 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az