Qadın futbolçu Mara Qomes futbol tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, Argentinanın qadınlar liqasında çıxış edən "Villa San Karlos"un heyətində meydana çıxan 23 yaşlı oyunçu peşəkar liqalarda forma geyinən ilk transseksual futbolçu olub.
Bu ilin yanvarında klubu ilə müqavilə imzalayan Qomesə Argentina Futbol Federasiyası testosteron səviyyəsi olimpiya səviyyəsində olduğu üçün lisenziya verib və qadınlar liqasında oynamasına "yaşıl işıq" yandırıb.
Peşəkar müqavilə imzalayandan 11 ay sonra meydana çıxan Qomes açıqlamasında bunları deyib: "Uzun müddətdi bu anı gözləyirdim. Yorucu bir yolculuqdan keçdim. Böyük əngəllər və içimdə qorxu var idi. Bəzi günlər heç vaxt xoşbəxt olmayacağımı düşündüm, amma bu gün hər şey əksinə oldu. Bundan sonra ən böyük arzum olan futbolda uğurlar qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəm. Məni dəstəkləyən və inanan hər kəsə təşükkür edirəm".