"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba yaxın vaxtlarda iş yerini dəyişmək istəyir.
Fanat.Az xəbər verir ki, "The Times" "Real" və PSJ-nin də maraqlandığı Poqbanın sabiq komandasına - "Yuventus"a qayıtmağa can atdığını vurğulayıb.
Mənbə fransalı oyunçunun agenti Mino Rayolanın MY-nin idarəçilərini danışıqlara başlamağa səslədiyini də qabardıb.
Qeyd edək ki, 2012-ci ildə MY-dən azad agent qismində ayrılaraq "Yuventus"a keçən Poqba 2016-cı ildə 105 milyon avro qarşılığında geri qayıtmışdı.
Fanat.Az